ABŞ Prezidenti Donald Trampın qızı, Ağ Evdə müşavir postunu tutan İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, köməkçi son bir həftə ərzində prezidentin qızı ilə ünsiyyətdə olmadığını qeyd edib.
Prezidentin kürəkəni Jarder Kuşnerin koronavirus testi isə neqativ çıxıb.
Qeyd edək ki, artıq ABŞ Prezidenti Donald Trampın və vitse-prezident Pensin yaxın ətrafında da COVİD-19-a yoluxma halları qeydə alınıb.