Ermənistanın eks-baş naziri Karen Karapetyan 2018-ci il aprelin 22-də onunla Baş nazir Nikol Paşinyan arasında əldə edilmiş razılaşmanın təfərrüatlarını açıqlamağa hazırlaşmır.
Teleqraf.com xəbər verir ki, jurnalistlər Karapetyandan həmin tarixdə təcridxanada baş tutan söhbətin təfərrüatlarını öyrənməyə çalışıb.
Məlum olub ki, Karapetyan Paşinyanı onunla birlikdə Respublika meydanına getməyi təklif edib, amma bu dəvəti rədd edilib.
Karapetyan açıqlamasında bundan başqa əlavə detallara yer verməyib: “Cənab Paşinyanla razılaşdığımız şey bizim şəxsi razılığımızdır”.
Karen Karapetyan iki il əvvəl aprel ayında başlayan etiraz aksiyaları zamanı həbs olunan Nikol Paşinyanı təcridxanada ziyarət edib.
Bundan sonra Ermənistan İctimai Televiziyası tərəfindən çəkilən sənədli filmdə Paşinyan Karapetyanın “Respublika meydanına birlikdə getməyi” təklif etdiyini iddia edib.
“Dedi ki, meydanda ol və mənimlə birlikdə platformaya qalx. Dedim ki, bunu necə təsəvvür edirsən? Deyək ki, bu ssenarini davam etdiririk, amma insanların nə düşünəcəyini təsəvvür edə bilərsənmi? İnsanlar deyəcəklər ki, bütün bunlar Serj Sərkisyan üçündür. Serj Sarkisyanı Karen Karapetyanla əvəz etsək, deyəcəkdilər ki, bu mitinqlər hökumətdaxili intriqanın nəticəsidir”, - Paşinyan vurğulayıb.