Liviya hökumətinə bağlı qırıcılar Xəlifə Haftarın nəzarətində olan Vatiyyə Hərbi Bazasına hücum edərək hərbi ləvazimatları və silahla dolu avtomobilləri məhv edib.
Teleqraf.com xəbər verir ki, legitim hökumətə aid qırıcıların paytaxt Tripolidən 140 kilometr cənub-qərbdə olan Vatiyyə bazasına hücumu zamanı güclü partlayış səsləri eşidilib.
Hərbi bazada saxlanılan silahla dolu avtomobillər vurulduqdan sonra bazada dəhşətli partlayışlar qeydə alınıb. Ehtimal olunur ki, silah anbarları da partladılıb.
Xatırladaq ki, Liviyanın legitim hökuməti martın 25-dən “Sülh fırtınası” əməliyyatına başlayıb. İndiyə qədər min kilometrlik ərazi qiyamçı Haftarın nəzarətindən alınıb.