Şimali Koreya lideri Kim Çin Inla dostluq edən keçmiş idmançı Dennis Rodman illər əvvəl bu ölkəyə səfəri və liderlə görüşü haqqında sensasiya sayılacaq xəbərlər verib.
Teleqraf.com xəbər verir ki, idmançı 2013-cü ildə bu ölkəyə səfər etdiyini və Kim Çin Inla görüşdüyü xatırladıb.
İdmançı əlavə edib ki, həmin vaxt bu ölkənin liderinin kim olduğunu bilməyib:
“Bir neçə foto çəkdirib, basketbol oynayacağımızı düşündüm. Şimali Koreya haqqında heç nə bilmirdim. Oyunu izlədikdən sonra yanıma gəlib “ölkəmi bəyəndinizmi” deyə sual verdi. Mən də “Bəli, çox gözəldir” deyə cavab verdim".
İdmançı qeyd edib ki, daha sonra Kim Çin onu evinə dəvət edib:
“Yemək yeyib dəli kimi sərxoş olduq. Karaoke oxudu. Nə oxuduğunu heç bşa düşmədim. 18 nəfərdən ibarət qadın qrupu gəldi və Dallas filminin musiqisini ifa etdilər”.
Şimali Koreya ordusunun raket sistemlərini gördüyünü bildirən Rodman əlavə edib ki, Inla siyasət haqqında danışmaqdan qaçınıb.
O, əlavə edib ki, Kim Çin Inın ölümü haqda xəbərlərə də inanmayıb:
“O da hamı kimi musiqi dinləyirdi”.