15 May 2020 13:39
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marketdə satıncını virusa yoluxdurmaq məqsədilə ona tüpürən 72 yaşlı kişi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Yaponiyanın Hyoqo əyalətindəki ticarət mərkəzlərindən birində baş verib.

Qeyd edilir ki, marketdə işçilərlə müştərilər arasında təmasın qarşısını almaq üçün sellofan baryerlər qurulub. Marketə daxil olan 72 yaşlı kişi 24 yaşlı xanım satıcıya “bu baryerlər virusdan qorunmaq üçündürmü?” sualını verib, daha sonra isə kassada əyləşən xanımın üzünə tüpürüb. Plastik sədd səbəbindən tüpürcək kassirin üzərinə düşməyib.

Qısa müddət sonra 72 yaşlı şəxs polis tərəfindən həbs edilib. Polisə ifadəsində günahını qəbul etdiyini bildirən yaşlı vətəndaş "kassirin reaksiyasını görmək istəyirdim, bunu əyləncə ilə etdim” deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər