İraqın Səlahəddin şəhərində keçirilən əməliyyatda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 43 üzvü öldürülüb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə İraq mətbuatında məlumat verilir.Bundan əlavə İŞİD-in nəzarətində olan 10 kənd də geri alınıb.
Məlumatlarda əməliyyatın qonşu bölgələrdə davam etdiyi bildirilib.
Xatırladaq ki, münaqişələrin və hakimiyyət boşluğunun yaşandığı İraqda İŞİD Mosul və Tikrit kimi bəzi şəhərlərdə nəzarəti ələ keçirib, münaqişələr üzündən təxminən 1 milyon vətəndaş bölgədən köç etmək məcburiyyətində qalıb.
Samir