Misir əsilli amerikalı həkim Monsef Salou ABŞ ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ mediasında, eləcə də sosial şəbəkələrdə bu müsəlman həkim haqqında yüksək fikirlər yazılıb və onun peyvəndlə bağlı araşdırmalarda xeyli uğurlar əldə etdiyi qeyd edilib.
Sosial şəbəkə istifadəçiləri ABŞ Prezidenti Donald Trampın M.Salounu koronavirusa qarşı peyvənd proqramının rəhbərliyinə gətirməsini doğru qərar sayıblar.