3 Oktyabr 2014 09:07
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liberiyada ştatdan kənar “NBC News”a çalışan amerikalı operatora Ebola diaqnozu qoyulub.

ANS PRESS-in məlumatına görə, o müalicə üçün ABŞ-a geri göndərilib.

Operatorun çərşənbə günü Ebola simptomları göstərdiyi, atəşi və ağrısı olduğu, özünü yorğun hiss etdiyi sezilib. 33 yaşındakı operatorın cümə axşamı səhəri “Sərhədsiz Həkimlər”ə aid müalicə mərkəzinə getdiyi və testlərdən 12 saat sonra Ebola virusu diaqnozu ilə çıxdığı xəbəri verilir.

“NBC News” ailəsinin istəyi ilə adı açıqlanmayan operatorun Liberyada bir çox layihədə çalışdığı və eyni zamanda yazıçılıq etdiyi də qeyd edilir.

“NBC News” başçısı Deborah Tornes ''Ona ən yaxşı qulluq təmin etmək üçün əlimizdən gələn hər şeyi edirik'' deyib və operatorın ABŞ-a müalicə üçün gələcəyini bildirib.

Qeyd edək ki, ABŞ-li daha 3 həkim virusa yoluxub. 3 gün əvvəl isə Liberyadan ABŞ-ın Dallas şəhərinə gələn Liberiya vətəndaşı Tomas Eric Dunkanın Ebola virusu daşıdığını və ölkədə ilk dəfə Ebola virusu diaqnozunun qoyulduğunu təsdiq olunub.

Bundan əlavə ABŞ-da ilk Ebola virusunun təsdiqinin ardından təxminən 80 adamın müşahidə altına alındığı bildirildi.

Dallas Səhiyyə spikeri Erikka Neroes, təxminən 80 adamın, "təmas istintaqı" əhatəsinə alındığını, bunlardan bir hissəsinin, Ebola virusu yoluxan Tomas Eric Dunkana birbaşa təmas etdiyini, digərlərini də bu qrupla təmas edənlərin meydana gətirdiyini söylədi. Müşahidə altına alınan kəslərdən heç birində Ebola semptomlarına rast gəlinmədiyi da qeyd edildi.

Dünya Sağlamlıq Təşkilatının (ÜST) təsdiqlədiyi ABŞ-dakı ilk Ebolaya yoluxan Tomas Erik Dunkan, Texas ştatının Dallas şəhərində müalicə altına alınmışdı. Duncan, qısa bir müddət əvvəl Liberyadan Dallasa gəlmişdi.


Müəllif:

Oxşar xəbərlər