“İraq-Şam İslam Dövləti” terror təşkilatına qarşı mübarizə aparan ABŞ rəhbərliyi ilə koalisiya güclərinə yardım etmə məsələsini Hollandiya parlamenti də təsdiqləyib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu məqsədlə hollandlar İraqa əsgər göndərəcək. Parlamentin iclasından əvvəl siyasi partiya liderləri və Nazirlər Kabinetinin üzvləri bir araya gələrək məsələni müzakirə ediblər.
Daha sonra bu məsələ Hollandiya Nümayəndələr Palatasında səsverməyə alınıb. Baş nazir Mark Ruttenin də qatıldığı səsvermədə 150 deputatdan yalnız Sosialist və Heyvanlar partiyasından 17 nəfər bu qərara qarşı olub. Qətnamə 133 səslə qəbul edilib. Rutte bu missiyanın yalnız İraq üçün olduğunu qeyd edib.
Hollandiya xarici işlər naziri Frans Timmermans isə səsverməni tarixi bir hadisə kimi qiymətləndirib.
Samir