3 Oktyabr 2014 10:47
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanı atəşkəs elan olunduqdan sonra Ukraynanın şərqindəki separatçılara silah satmaqda ittiham edib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Avropa və Avrasiya işləri üzrə dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda strateji forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya dünyaya “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından daha çox təhlükə törədə bilər.

O münaqişənin hərb yolu ilə həll edilməyəcəyini qeyd edib: “Ukraynanın özünü müdafiəsinə kömək etməliyik, amma münaqişənin hərbi yolla həlli yoxdur”. Nuland deyib ki, Rusiya təhlükəsi qlobal miqyasda Mərkəzi Avropa üçün ikinci ciddi çağırışdır.

Samir


Müəllif:

Oxşar xəbərlər