ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraqın yeni Baş naziri Mustafa Kazimi telefon görüşü zamanı iki ölkə arasında planlanan strateji müzakirə hazırlıqlarını dəyərləniriblər.
Teleqraf.com xəbər verir ki, Mustafa Kaziminin ofisi telefon danışığı zamanı iki ölkə arasında iqtisadi, siyasi və təhükəsizlik sahələrində əməkdaşlığı müzakirə edildiyini açıqlayıb. Əlavə edilib ki, neftin qiymətinin ucuzlaşmasının İraq iqtisadiyyatına təsiri də müzakirə olunub.
Qeyd edək ki, ABŞ ilə İraq arasında 2008-ci ildə strateji təhlükəsizlik müqaviləsi imzalanıb. 2011-ci ildən ABŞ əsgərləri İraqdan çıxmağa başlayıb. 2014-cü ildə İŞİD İraqın böyük hissəsini işğal etdikdən sonra ABŞ hərbçilərini yenidən İraqa göndərib. İŞİD-ə qarşı mübarizədə güclənin İrana bağlı şiə milislər isə 2018-ci ildən başlayaraq, İraq-ABŞ münasibətlərini pozmaq üçün Bağdada ciddi təzyiqlər göstərməyə başlayıb.