26 May 2020 17:08
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Moskvada qələbə paradının iyunun 24-də keçiriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri ölkənin müdafiə naziri Sergey Şoyquya paradla bağlı hazırlıqlara başlamağı əmr edib.

Qeyd edək ki, Rusiya Prezidenti mayın 9-da qələbə Günü münasibətilə ruslara müraciətində faşizm üzərində qələbənin 75 illiyinin geniş və ləyaqətlə qeyd ediləcəyini bildirmişdi.

Onun sözlərinə görə, Qırmızı meydanda əsas parad və “Ölümsüz alay”ın xalq yürüşü keçiriləcək. Bu kütləvi tədbirlər əvvəllər koronavirusla bağlı vəziyyətə görə ləğv edilmişdi.


Müəllif: Səxavət