28 May 2020 18:16
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşlı məhkumların İrəvan-Kentron penitensiar müəssisəsindən başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, erməni mediası İrəvandakı həbsxanalarda kütləvi halda koronavirusa yoluxma hallarının baş verdiyini yazır.

Mənbə qeyd edir ki, digər həbsxanalarda da koronavirusun yayılması riski var. Artıq bir çox məhkum bu səbəbdən Vardaşen həbsxanasına köçürülüb.

Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibi Lusina Martirosyan mediada yayılan məlumatı təkzib etsə də, məhkumların ailələrindən mətbuata edilən şikayətlərin ardı-arası kəsilmir.

Erməni mediası sağlamlıq vəziyyətinə görə hazırda İzmirlyan tibb mərkəzində olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın cəza çəkdiyi həbsxanadan da yoluxma ilə bağlı xəbərlərin gəldiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu