30 May 2020 22:12
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda ictimai yerlərdə maska taxmaq məcburi oldu.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Zəfər Mirzə deyib.

Z.Mirzə bildirib: "Koronavirusa yeni yoluxma hallarının sayının hər gün artması nəzərə alınaraq, artıq maska taxmaq məcburi oldu".

Onun sözlərinə görə, insanlar qatarlarda, ictimai nəqliyyatda, məscidlərdə, bazarlarda və mağazalarda maska taxmalıdırlar.

Qeyd edək ki, Pakistanda 66 457 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 1 395 nəfərio ölüb, 24 131 nəfəri isə sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər