Türkiyəyə qarşı terror təhdidi sona çatana qədər qətiyyətli şəkildə mübarizəmizi davam etdirəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.
“Ölkəmizə qarşı terror təhdidi bitənə kimi, sonuncu terrorçu zərərsizləşdirilənə qədər terrorizmlə mübarizəmiz fasiləsiz və qətiyyətli şəkildə davam edəcək. Allah qəhrəman Türkiyə ordusuna kömək olsun”, - Ərdoğan bildirib.