31 May 2020 22:26
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da gün ərzində 235 nəfər koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 105 min 792 nəfərə çatıb.

Hazırda ölkədə 1 milyon 825 mindən çox koronaviruslu xəstə var.


Müəllif: Teleqraf.com