2 İyun 2020 00:06
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-la gərginliyin artması ilə əlaqədar soya idxalını dayandırmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Pekin ABŞ və Honkonq üzərində davam edən gərginliyi qiymətləndirərkən, Çin hökumət nümayəndələri ABŞ-dan bəzi məhsulların, o cümlədən soyanın idxalını dayandırıb.

Adını gizli saxlayan mənbənin sözlərinə görə, çinli alıcılar da miqdarı bəlli olmayan həcmdə donuz əti sifarişlərini ləğv ediblər. Özəl şirkətlərə isə alışların dayandırması barədə göstəriş verilmədiyi bildirilir.

Kənd təsərrüfatı məhsullarının alışının dayandırılması iki ən böyük iqtisadiyyat arasında çətinliklə əldə edilən ilk ticarət razılaşmasının hazırda təhlükə altında olması kimi şərh olunur. Keçən ay Çinin Baş naziri Li Keqianq yanvar ayında imzalanan sazişə sadiq qalacağını vəd etmişdi. Lakin Pekinin Honkonq məsələsində münasibətinin sərtləşməsi ilə tərəflər arasında gərginlik artıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər