2 İyun 2020 22:14
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Rusiya COVİD-19 peyvəndinin hazırlanması istiqamətində əməkdaşlığa başlayır.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə rusiyalı həmkarı Mixail Muraşko arasında videokonfrans vasitəsilə görüş keçirilib.

Görüş zamanı yeni növ koronavirusa qarşı peyvənd və dərman istehsalı sahəsində təcrübə mübadiləsi, eləcə də klinik sınaqlarda əməkdaşlıq barədə razılıq əldə olunub. Bu məqsədlə ilk toplantı iyunun 4-də Türkiyə və Rusiyanın elm adamları arasında olacaq.

Hazırda Türkiyənin 22 mərkəzində COVİD-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır. Dörd mərkəzdə isə hazırlanan ilk preparatlar heyvanlar üzərində sınaqdan keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər