3 İyun 2020 14:27
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət başçısı Vladimir Putin dünyanı təsiri altına alan COVİD-19 epidemiyasının yaratdığı nəticələri aradan qaldırmaq üçün 70 milyon dollarlıq paketi təqdim edib.

Teleqraf.com xəbər verir ki, 70 milyon dollarlıq paket iqtsadi baxımdan zərər görən kiçik və orta sahibkarlığa yardım məqsədi güdür.

Bununla bərabər, paketdə səhiyyə personalı və ehtiyacı olan ailələrə nəğdi pul yardımı da ediləcək.

Baş nazir Mixail Mişustin bildirib ki, paket 3 mərhələli plan üzrə tətbiq ediləcək. Birinci mərhələ 2020-ci ilin sonuna qədər gerçəkləşdiriləcək və bu “iqtisadiyyatda tarazlıq” adlandırılacaq.

İkinci mərhələ 2021-ci ilin ortasına qədər davam edəcək və “Yaxşılaşma” adlanacaq.
Üçüncü mərhələ isə “Böyümə” adlanır və 2021-ci ilin sonuna qədər gerçəkləşdiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər