3 İyun 2020 14:06
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder özünün “Gerhard Şröder – Gündəm” podkastının (müəyyən olunmuş mövzu ilə bağlı radio və ya teleproqrama bənzər, internetdə yerləşdirilən audio və ya videofayl) ilk seriyasında Ukrayna səfiri Andrey Melniki “tənqidlərinə heç kimin qulaq asmadığı cırtdan” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Die Welt” xəbər yayıb.

Bu açıqlama diplomatın qəzəbinə səbəb olub. O deyib:

“Cənab Şröder dünya tarixinə Kremlin Almaniyadakı həyasız lobbiçisi kimi düşəcək. Hansı ki, Putinin təcavüzkar siyasətinə, həmçinin, Rusiyanın Ukraynanın şərqində və Krımda hərbi cinayətlərinə utanmadan haqq qazandırır”.

Nəşr xatırladır ki, keçmiş kansler hazırda “Rosneft”in Direktorlar Şurasının sədri postunu tutur, eyni zamanda “Şimal axını-2”nin operatoru olan “Nord Stream AG”nin Müşahidə Şurasına rəhbərlik edir. Şröder Kreml rəhbəri Vladimir Putinlə şəxsi əlaqə saxlayır və daim anti-Rusiya sanksiyalarının qaldırılmasını tələb edir. Buna görə də A. Melnik onu mütəmadi olaraq tənqid edir.

“Biz, ukraynalılar yalnız cənab Şröderin hisslərini anlaya bilərik”, – deyə səfir bildirib. O əlavə edib ki, bu təkrar çağırışlar əsl ümidsizlik aktıdır:
“Axı Şröderin Berlindən sanksiyaların zəifləməsinə nail olmaq üçün illərdir etdiyi cəhdlər nəticəsiz qalıb və nəticəsiz qalacaq”.

“Cırtdan” ləqəbinə də toxunan diplomat deyib:
“Cənab Şröder özündən “krutoy” veteran siyasətçi obrazı yaratmağa çalışır, amma onun ayaqları altında çox az torpaq var. Və onun kifayət qədər təkəbbürü var. Diplomatı cırtdan adlandırmaq ilk növbədə onun təmsil etdiyi dövləti, həmçinin, xalqı aşağılamaqdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər