Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuqe COVID-19-un ikinci dalğası təhlükəsinin açıq-aşkar mövcud olduğunu bəyan edib.
Teleqraf.com-un məlumatına görə, o əlavə edib ki, ikinci dalğa qaçılmaz deyil:
“Ancaq getdikcə daha çox ölkə məhdudiyyətləri aradan qaldırır. Bu, COVID-19 infeksiyasının təkrar dalğalanması üçün açıq-aşkar təhdid deməkdir. Əgər məhdudiyyətlərin aradan qaldırılması dayandırılmasa, ikinci dalğa gələ və o olduqca dağıdıcı ola bilər”.
ÜST rəsmisi COVID-19-un hələ də vaksini və ya müalicəsi olmadığını vurğulayıb.