3 İyun 2020 16:08
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan Avrasiya İqtisadi Birliyi daxilində iqtisadi inteqrasiyaya böyük əhəmiyyət verir, lakin Qazaxıstanın gələcəkdə Rusiya-Belarus Birlik Dövlətinə daxil olması planları yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib.

O qeyd edib ki, Qazaxıstan həm Rusiya, həm də Belarusla həm ikitərəfli formatda, həm də inteqrasiya birlikləri çərçivəsində (AİB, KTMT, MDB) fəal əməkdaşlıq edir:

“Lakin Rusiya və Belarusun Birlik Dövlətinə qoşulmaq planımız yoxdur. Prioritet adı çəkilən təşkilatlar çərçivəsində inteqrasiyanın daha da inkişaf etdirilməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər