5 İyun 2020 09:14
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə səhiyyə müəssisələrinin koronavirus xəstələrini qəbul etməyə gücü çatmadığını deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Nikol Paşinyan ölkəsində epidemik vəziyyətin pisləşdiyini, ötən gün 697 yeni koronavirus yoluxması aşkarlandığını qeyd edib.

O, hazırda Ermənsitanda yoluxduğundan xəbərsiz qalan 20 min virus daşıyıcısının olduğunu bildirib, vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Son məlumatla görə, Ermənistanda 10 min 524 koronavirusa yoluxma faktı var, 3 min 454 xəstə sağalıb, 170 nəfər virusdan ölüb.

Nikol Paşinyanın özünün də infeksiyaya yoluxduğu xəbəri yayılıb.


Müəllif: Mahir

Oxşar xəbərlər