Türkiyənin Siirt şəhərinin 4 kəndində PKK terror təşkilatına qarşı keçiriləcək əməliyyatlar səbəbindən küçəyə çıxma qadağası tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, bölgədə keçirilən əməliyyatlara helikopterlər cəlb olunub.
Əməliyyatların bölgədə təhlükəsizlik, ərazilərdəki PKK yuvaları məhv edilənədək davam edəcəyi bildirilib. Küçəyə çıxma qadağası da ikinci əmrə qədər qüvvədə qalacaq.
PKK terrorçularına qarşı başlayan əməliyyatlara general-mayor Hüseyn Hilmi Atabay komandanlıq edir.