Kanadanın baş naziri Castin Tryudo ABŞ-da polis zorakılığı nəticəsində öldürülmüş afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı Ottavada keçirilən irqçiliyə və polis zorakılığına qarşı manifestdə iştirak edib.
Aksiyanın gedişatında Tryudo bir neçə dəfə diz çöküb.
"Sonuncu dəfə - 8 dəqiqə 46 saniyə... Hansı ki, bu müddətdə yalvarışlara baxmayaraq, ağ polis Corc Floyda işgəncə verirdi", - deyə C.Tryudo bildirib.