Amerikanın Meksikadakı səfirliyinin inzibati binasına hücum edilib.
Teleqraf.com xəbər verir ki, Corc Floydun ölümündən sonra ABŞ-da başlanan etirazlar Meksikaya da sıçrayıb.
Bu gün Mexikoda Paseo de la Reforma küçəsində toplaşan yüzlərlə etirazçı ABŞ-ın Meksikada səfirliyinə hücum edib.
Səfirliyə daş, molotovkokteyli atan etirazçılar daha sonra səfrilik yaxınlığındakı mağaza və bank ofislərini qarət ediblər. Polisin ciddi səyi nəticəsində etirazçılar səfirlyin yerləşdiyi küçədən çıxarılıb.