8 İyun 2020 10:25
2 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin qırıcıları İranın Suriyanın Dəyr əz-Zor bölgəsindəki hərbi obyektlərini bombardman edib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində İran ordusunun (SEPAH) “Qüds” briqadasının hərbi obyekytləri və silah anbarları məhv edilib.

Əməliyyatlarda SEPAH-ın ən az 12 muzdlusunun həlak olduğu bildirilib.

İsrail hücumun məsuliyyətini rəsmən öz üzərinə götürməsə də, Suriya İnsan Haqları Monitorinq Qrupu “France Press” agentliyinə açıqlamasında, İran mövqelərinə qarşı hava zərbələrinin İsrail qırıcıları tərəfindən endirildiyini qeyd edib. Hücumda İranın hərbi mövqelərinə qarşı çoxsaylı hava zərbələri endirilib.

Rəsmi Tehran, bununla bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər