Tehran Universitetinin bir qrup tələbəsi Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, tələbələr Ermənistanın İsraildə səfirlik açmaq istəyinin əleyhinə çıxış ediblər. Aksiya iştirakçıları qeyd ediblər ki, Ermənistan hökuməti ikiüzlü və riyakardır. Diplomatiya adı altında yalan danışan rəsmi İrəvan səfirlik açmaq planlarına yenidən baxmalıdır. Etirazçı tələbələr tələblərini yazılı şəkildə səfirliyə təqdim ediblər.
Polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edərək, onların səfirliyin binasına daxil olmasına imkan verməyib. Aksiya insidentsiz başa çatıb.