12 İyun 2020 09:35
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya hökuməti qiyamçı Haftar ordusundan azad etdiyi Vətiyyə hərbi hava bazasını Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumatda anlaşmanın Liviya hökumətinin başçısı Fəyaz Sərracın Ankara səfərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə əldə edildiyi bildirilib.

Bazaya türk dronları və raket sistemlərinin yerləşdirilməsi planlaşdırılır. Sistemlərin yük təyyarələri ilə gətiriləcəyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər