Amerika Mətin Topuzun həbsindən narahatdır.
Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuza Türkiyə məhkəməsi tərəfindən hökm oxunub.
Mətin Topuza FETÖ terror təşkilatı ilə yaxın əlaqələrə malik olması, dövlət çevrilişinə cəhddə hansısa formada iştirakına görə, 8 il 9 ay müddətinə həbs cəzası verilib.
ABŞ dövlət katibi Mayk Pompeo Mətin Topuzun həbsi ilə bağlı bəyanatla çıxış edib. Dövlət katibi bildirib ki, bu qərar ABŞ-Türkiyə münasibətlərinə zərər verir. Pompeonun qənaətincə, Mətin Topuzun həbsinə dair qərarı gücləndirəcək bir dəlil yoxdur:
“Qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edləcəyinə ümid bəsləyirik”.
Qeyd edək ki, sözügedən həbslə bağlı rəsmi Ankara ABŞ-ın ölkəsidəki səfirliyinin yaydığı bəyanata sərt reaksiya göstərib.