Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşının Donbas regionunda həlak olması səbəbindən Ukraynanın bütün ərazisində fəaliyyətini bir neçə günlük dayandırıb.
Bu barədə Komitənin rəsmisi bildirib.
"Biz əməliyyat fəaliyyətimizi bir neçə günlük dayandırdıq. Bizim üçün hazırda ən əsas məsələlər - Donetskdə olan nümayəndələrimizin təhlükəsizliyini və həlak olan əməkdaşımızın cənazəsinin İsveçrədəki ailəsinə tez bir zamanda çatdırılmasını təmin etməkdir", - deyə Qırmızı Xaç Komitəsinin rəsmisi bildirib.
Komitənin əməkdaşı, 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyen dü Paskye oktyabrın 2-də Donetsk mərkəzinin atəşə tutulması nəticəsində həlak olmuşdu. Rəsmi Kiyev baş vermiş hadisədə Rusiya yönümlu qüvvələri ittiham edib./musavat.com/