14 İyun 2020 22:25
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da COVID-19 qurbanlarının ümumi sayı 4 807 nəfərə çatıb.

Son gündə ölkədə koronavirusa daha 1 562 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 178 239 nəfərə çatıb.

Ötən sutkada 1 330 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Türkiyədə təhlükəli infeksiyadan sağalanların ümumi sayı 151 417 nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər