15 İyun 2020 22:29
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Trampın atasının Ağ Evdəki ilk günlərindən birinci xanımın (“Fist Lady”) ofisinin adını “Birinci Ailə” (“First Family”) olaraq dəyişdirmək istədiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, jurnalist Mari Jordan tərəfindən qələmələ alınan “Anlaşma sənəti: Melaniya Trampın danışılmayan hekayəsi” adlı kitabda Donald Trampın Ağ Evdəki ilk günlərindən qızı və xanımı arasında böyük bir nüfuz savaşı başladığı bildirilib.

İddiaya görə, İvanka Tramp oğlu Barronun təhsili səbəbindən Nyu-Yorkdan qalan Melaniya Trampın gəlişindən əvvəl Ağ Evdə bir sıra dəyişikliklər edib.

Ən ilginc məqamlardan biri prezidentin qızının birinci xanımın ofisininin adını dəyişdirmək istəyi ilə bağlıdır. Lakin İvankanın bu cəhdləri Melaniya tərəfindən əngəllənib.

“Melaniya uzaqlarda olanda İvanka Ağ Evin qırmızı kreslolarında ziyafətlər təşkil edərək, həyatdan zövq alırdı. Ancaq bu, Melaniyanın xoşuna gəlmədi. Nəhayət, Barronla qayıtdıqdan sonra sərhədləri müəyyən etmək üçün hər kəsə öz qapısını göstərdi”, - Cordan kitabında yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər