6 Oktyabr 2014 00:33
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında kürd özünümüdafiə dəstəsinin üzvü olan qadın Kobani şəhəri (Dəməşqdən 532 km aralıda) yaxınlığında üzərindəki partladıcını işə salıb. Baş verən partlayış nəticəsində "İslam dövləti" terror qruplaşmasının bir neçə üzvü ölüb.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə Suriya KİV-ləri xəbər yayıb. Məhv edilən İŞİD terrorçularının sayı bəlli deyil.

Qeyd edək ki, dünən də kürd özünümüdafiə dəstələri ilə İŞİD arasında Maşda ən-Nur yüksəkliyi və Kobanidə döyüşlər davam edib. Kürd komandirlər bu əraziləri itirdikləri barədə xəbərləri təkzib ediblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər