20 İyun 2020 11:05
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed illərdir İsrail dövləti ilə xüsusi münasibət saxlayır.

Teleqraf.com xəbər verir ki, İsrailin populyar “Kanal 13” televiziyasının bildirdiyinə görə, BƏƏ vəliəhdi ilə Təl-Əvivin əməkdaşlığının 25 illik tarixi var.

İsrail mediası qeyd edir ki, BƏƏ İsrail-Fələstin qarşıdurmasına dair açıqlama verməkdən və mövqe ifadə etməkdən yayınır.

İsrailli siyasətçi Adana Zidman isə BƏƏ və Körfəz ölkələrinin mövqelərinin İsrail baş naziri Netanyahu ilə koordinasiya olunduğunu iddia edib.

Şahzadə Zayedin İordaniyanı dəstəkləməsinin sadəcə ərəb ictimaiyyətinə hesablandığı, bağlı qapılar arxasında isə Netanyahunun “ilhaq” planını qəbul etdiyi söylənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər