ABŞ Prezidenti Donald Tramp parkinson xəstəsi olduğuna dair iddialara seçkiqabağı mitinqdə cavab verib.
Teleqraf.com xəbər verir ki, parkinson xəstəsi olduğuna görə Nyu-Yorkdakı çıxışı zamanı su içməkdə çətinlik çəkdiyinə dair iddialara Trampın cavabı gecikməyib.
O, Tulsadakı mitinqdə bir əllə su içərək stəkanı yerə çırpıb.