22 İyun 2020 16:04
3 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Konstitusiyaya edilən dəyişiklikləri şərh edərkən, Prezident Vladimir Putinin növbəti müddətə namizədliyini irəli sürməsinin lazım olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Kadırov siyasi qüvvələr arasında Vladimir Putinə alternativ görmədiyini bildirib.

“Bu gün varis adlandırıla biləcək bir insan görmürəm. Mən heç bir siyasətçidə belə uzaqgörən, müdrik siyasi qərarları, Vətənə, ölkə xalqına səmimi və dərin sevgini müşahidə etməmişəm. Prezidentimizin varisi ilə bağlı danışıqları yersiz hesab edirəm”, - çeçenlərin lideri deyib.

O, Rusiyanın suverenliyini, təhlükəsizliyini təmin etmək və beynəlxalq nüfuzunu artırmaq üçün Putinin 2024-cü ildə seçkiyə qatılacağına inandığını bildirib.

O, konstitusiyaya dəyişiklik ərəfəsində Rusiyanın Qərdən hücumlara məruz qaldığını vurğulayıb: “Səsvermə ərəfəsində Qərb və onun müttəfiqləri anti-Rusiya fəaliyyətlərini gücləndiriblər. Qərb referenduma təqdim olunan düzəlişləri ləğv etmək, əhəmiyyətini aşağı salmaq üçün hər cür səy göstərir”.

Kadırov hesab edir ki, konstitusiyaya düzəlişlərin edilməsi Vladimir Putinin ölkənin gücünü və suverenliyini möhkəmləndirməyə yönəlmiş strateji qərarıdır:

“Mən istisnasız olaraq, Rusiya Konstitusiyasına səsverməyə qoyulan dəyişiklikləri tamamilə dəstəkləyirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər