7 Oktyabr 2014 13:09
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya ilə Şimal Koreya gəmiləri arasında atışma olub.

ANS PRESS-in məlumatına görə, Sarı Dənizdə baş verən hadisə bu gün yerli vaxtla 9:50-də qeydə alınıb.

Tərəflər arasında qarşıdurmaya səbəb mübahisəli sərhəd məsələsi olub.

Münaqişə zamanı ilk olaraq Şimali Koreya gəmisi atəş açıb.

Tərəflər Yonpxendo adası sahilində döyüşüblər. Məlumata görə, Cənubi Koreya tərəfdən insan itkisi olmayıb.

Şimal Koreya isə hələlik faktla bağlı açıqlama verməyib.


Müəllif: