23 İyun 2020 17:22
3 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liviyada Rusiya muzdlularının (“Vaqner”) olması ilə bağlı məlumatlar əsassızdır, bir çox məlumatlar açıq şəkildə saxtalaşdırılır, Moskvanın digər ölkələrin Liviyada hərbi qüvvələri olması barədə məlumatları var”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Pyotr İliçev deyib.

Diplomat bu kimi məlumatların və hesabatların Ukraynanın informasiya bazasında hazırlandığını iddia edib.

O vurğulayıb ki, Liviyada rus muzdluların olması barədə şayiələr ədalətsiz məlumatlara əsaslanır.

Əlavə edək ki, uzun müddətdir Qərb mediası Rusiyaya bağlı “Vaqner” qrupunun və digər hərbi birləşmələrin Liviyada olduğunu və qiyamçı Xəlifə Haftarın qüvvələrini dəstəkləməsi haqda məlumatlar yayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər