İraqın şimalında davam edən "Pençe-Kaplan" əməliyyatının yeganə hədəfi PKK terrorçularıdır.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, "Pençe-Kaplan" əməliyyatı zamanı, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki əməliyyatlarında da olduğu kimi, heç bir iraqlı mülki şəxs xəsarət almayıb və almayacaq: "Türkiyə Silahlı Qüvvələri mülki vətəndaşları, tarixi, mədəni və dini obyektləri toxunulmaz hesab edir. Terrorizmə qarşı mübarizə ümumbəşəri və mənəvi dəyərlərə uyğun aparılır".