30 İyun 2020 08:45
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları keçən həftə Senata təklif edilən qanunvericilik təşəbbüslərin bir hissəsi olaraq Türkiyən ərazisində yerləşdirilən Rusiyanın “S-400” zenit-raket sistemlərini ala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu addım beşinci nəsil “F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramı ilə bağlı ABŞ və Türkiyə arasında yaranan narazılığı aradan qaldıra bilər.

2021-ci maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsi layihəsinə müvafiq dəyişikliyi Cənubi Dakotadan senator Con Tyun təklif edib. O, hesab edir ki, Türkiyədə olan “S-400” zenit-raket sistemləri ABŞ ordusuna raketlərin alınması üçün ayrılan vəsait hesabına əldə edilə bilər.

Senatın Xarici işlər komitəsinin respublikaçı sədri Cim Riş isə hesab edir ki, “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanuna əsasən Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməlidir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər