“Tehran ABŞ-ın nüvə sazişinə “siyasi zərbə” vurmaq cəhdlərinə dözməyəcək, buna cavab verəcək”.
Teleqraf.com xəbər verir ki, İran prezidenti Həsən Ruhani Vaşinqtonun Tehrana qarşı silah embarqosunu uzatma cəhdləri haqda danışarkən belə deyib.
“ABŞ anlaşmaya zərbə vurmaq istəyirsə, bilməlidirlər ki, İran buna dözməyəcək və buna cavab olaraq qətiyyətli hərəkətlər edəcək”, - dövlət başçısı qeyd edib.