2 İyul 2020 12:29
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft bazarında COVİD-19-la bağlı vəziyyətdən çıxıb toparlanmanın 2022-ci ildə baş verəcəyi təxmin edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın "Goldman Sachs" şirkətinin hesabatında qeyd edilir.

Hesabatda qlobal neft tələbinin yeni tip koronavirus öncəsi səviyyəyə qayıtmasının ən tezi 2022-ci ildə baş verəcəyi ehtimal olunur.

Bildirilir ki, qlobal neft tələbi 2020-ci ildə 2019-cu illə müqayisədə 8 faiz azalacaq, növbəti ildə isə 6 faiz artacaq. Bu ilin iyun ayında neft tələbinin ötən ilin eyni ayı ilə müayisədə 12 faiz azaldığına işarə edən araşdırmada Çin və Hindistan kimi böyük Asiya iqtisadiyyatlarının toparlanmasından sonra neftə tələbatın çoxalacağı vurğulanır.

"Goldman Sachs" Brent markalı neftin bir barelininyaxın gələcəkdə ortalama 35, 2022-ci ildə isə 55 dollara qədər qalxacağını önə sürür.


Müəllif: Cavad