2 İyul 2020 17:58
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Mərkəzi Seçki Komissiyasına ölkənin hazırkı lideri Aleksandr Lukaşenkonun prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlər daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” Belarus MSK-ya istinadən xəbər yayıb.

“Bu gün Mərkəzi Seçki Komissiyasına Aleksandr Lukaşenkonun növbəti seçkilərdə prezidentliyə namizəd kimi qeydə alınması ilə bağlı sənədlər daxil olub”, – deyə MSK-dan bildirilib.

Bundan əvvəl Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina hazırkı prezident seçkisi kampaniyasının ölkə tarixində ən ağır seçki kampaniyası olduğunu açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər