Botsvanada Okavanqo Deltasında 350-dən çix fil cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, hökumət fillərin nədən öldüyünün bəlli olmadığını açıqlayıb.
Botsvana Afrikada nəsli tükənən fillərin üçdə birinə ev sahibliyi edir.
Botsavana hökuməti fillərin qanunsuz ovçuluğun qurbanı olması iddialarını rədd edir. Fillərin dişlərinə toxunulmadığına diqqət çəkilir.
Əksəriyyəti üzü üstə ölən fillərin nevroloji xəstəliyə yoluxduqları istisna edilmir.