3 İyul 2020 13:43
4 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan “S-400”lərin alınması Türkiyə üçün təkcə milli təhlükəsizliyin gücləndirilməsi baxımından yox, siyasi nöqteyi-nəzərdən də çox önəmli idi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı akademik, politoloq İrina Zvyaqelskaya deyib.

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələdə müstəqil siyasət yürütdüyünü bildirib:

“ABŞ-la gərgin münasibətlərdə olan Ərdoğan eyni zamanda NATO üzvlüyünə bağlı öhdəliklərinə baxmayaraq müstəqil şəkildə ciddi qərarlar verə bildiyini nümayiş etdirməli idi. Amma bu səbəbdən bir gün Türkiyənin NATO-dan çıxarılacağını düşünməməliyik. NATO-ya üzvlük Türkiyə üçün prioritet olaraq qalacaq”.

Zvyaqelskaya Rusiyadan hava hücumundan müdafiə sistemləri alması səbəbindən Ərdoğana ABŞ-dan təzyiqlər edildiyini deyib: “Ancaq Ərdoğanın bu təzyiqlər olsa da, “S-400” alması, türk liderinin müstəqil bir fiqur olmasının göstəricisidir”.


Müəllif: Mənsur Rəğbətoğlu