Jan Kasteks Fransa hökumətinin yeni başçısı təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans-Press” Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Kasteksin təyin edilməsi barədə qərar Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib.
Jan Kasteks bu təyinatadək Fransa Prezident Administrasiyası rəhbərinin müavini işləyib.
Qeyd edək ki, bundan əvvəl Eduar Filipp Fransanın baş naziri vəzifəsindən istefa vermişdi.