3 İyul 2020 23:55
4 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın muzey statusundan məhrum edilməsi ehtimalı ilə əlaqədar Ankaraya qarşı ittihamların ölkənin suverenliyinə hücum olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Dövlət Şurası Ayasofyanın statusunun dəyişdirilməsi və məscidə çevrilməsi məsələsinə baxıb.

Qərar 15 gün ərzində elan ediləcək. Dövlət Şurası hesab edir ki, cümhur başqanının fərmanı kafedralın vəziyyətini dəyişdirmək üçün kifayətdir.

“Ayasofya ilə əlaqədar ölkəmizə qarşı irəli sürülən ittihamlar mahiyyətcə Türkiyənin suverenliyinə hücumdur. Başqa ölkələrdəki ibadət yerlərinin işlərinə qarışmırıq. Eyni şəkildə heç kimin ziyarətgahımızla əlaqəli məsələlərə müdaxilə etmək hüququ və ya səlahiyyəti yoxdur”, - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu