6 İyul 2020 08:45
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Karolina ştatında gecə klubunda silahlı şəxs insanlara atəş açıb.

Teleqraf.com xəbər verir ki, insident Qrinvil şəhərində yerləşən "Lavish Lounge" klubunda baş verib.

Məlumata əsasən, insident nəticəsində iki nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com