İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri Körfəz sahili boyu yeraltı raket şəhərləri saldıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, iranlı general nəyin bahasına olur-olsun öz ölkələrini qoruyacaqlarını deyib.
"Düşmənlərimiz bu raket şəhərlərinin harada olduğunu bilmirlər. Bunu bilsinlər, biz Bəsrə körfəzində Oman dənizinə qədər hər yerdə varıq, onların kabusu olacağıq", - Təngsiri qeyd edib.